AFFA "Qəbələ"ni cərimələdi

Sayta qoyulub: 12:49 09.10.2018 (43 dəfə oxunub)

AFFA İntizam Komitəsi “Qəbələ”ni cərimələyib. Buna komandanın baş məşqçşisi Sənan Qurbanovun Topaz Premyer Liqanın VII turunun “Zirə” ilə səfər matçından sonra keçirilən mətbuat konfransında iştirak etməməsi səbəb olub. Qurbanovun bu davranışına görə klub 800 manat cərimə edilib. Xatırladaq ki, “Zirə” ilə görüşdə “Qəbələ” 0:1 hesabı ilə uduzub.

XƏBƏR LENTİ