Samir Abasov 3 transfer istəyir

Sayta qoyulub: 12:47 09.10.2018 (83 dəfə oxunub)

Samir Abasov 3 transfer istəyir

 

 Samir Abasovun "qara siyahı"sına düşən futbolçuların siyahısı növbəti turlarda müəyyənləşəcək.

"Zirə" cari mövsümdə Topaz Premyer Liqasında ilk qələbəsini I dövrənin son turunda "Qəbələ" üzərində qazandı. İşləri arzulanan kimi getməyən komanda bu qələbə ilə vəziyyəti müsbətə doğru dəyişə bilər. Komandanın baş məşqçisi Samir Abasov qış fasiləsində heyətdə ciddi olmasa da, bir sıra dəyişikliklər etməyi düşünür. Mütəxəssis ilin sonuna kimi çıxışından razı qalmadığı futbolçularla əməkdaşlıq edilməməsini istəyəcək. Bundan əlavə, Abasov ən azı 3 transferin reallaşmasını arzulayır. Çalışdırıcı pleymeyker və hücumçu transferləri üzərində ciddi düşünür.

Samir Abasovun "qara siyahı"sına düşən futbolçuların siyahısı növbəti turlarda müəyyənləşəcək.

XƏBƏR LENTİ