Mançini millidə 2 dəyişiklik etdi

Sayta qoyulub: 07:25 09.10.2018 (83 dəfə oxunub)

Lorenso Tonyelli («Sampdoriya») və Kristiano Piççini («Valensiya») İtaliya millisinə dəvət alıblar.

 

Onlar Danilo D’Аmbrozio  («İnter») və Alessio Romanyolini («Мilan») əvəz edəcəklər. Hər iki futbolçu zədələnib. Onlardan başqa Patrik Kutrone də zədə alıb.

 

Oktyabrın 10-da İtaliya millisi Ukrayna ilə yoldaşlıq oyunu keçirəcək , 14-ü isə Millətlər liqasında Polşa ilə qarşılaşacaq.

XƏBƏR LENTİ