Mbappe və Klüvertin oğlu gənclər arasında "Qızıl top"a namizəddir

Sayta qoyulub: 07:18 09.10.2018 (81 dəfə oxunub)

"France Football" jurnalı ilin ən yaxşı gənc futbolçusu üçün nəzərdə tutulmuş "Kopa Trophy-2018" mükafatına ("Qızıl top") namizədlərin adlarını açıqlayıb.

Fransa nəşri bu mükafatı ilk dəfə təsis edib.

Namizədlərin siyahısı belədir:

1. Müdafiəçi Trent Arnold (20 yaş) – "Liverpul", İngiltərə;

2. Yarımmüdafiəçi Ussyem Aua (20 yaş) – "Lion", Fransa gənclər yığması;

3. Hücumçu Patrik Kutrone (20 yaş) – "Milan", İtaliya;

4. Yarımmüdafiəçi Ritsu Doan (20 yaş) – "Qroningen", Yaponiya;

5. Qapıçı Canluici Donnarumma (19 let) – "Milan", İtaliya;

6. Yarımmüdafiəçi Amadu Aydara (20 yaş) – "Zaltsburq", Mali;

7. Hücumçu Castin Klüvert (19 yaş) – "Ayaks"/"Roma", Hollandiya;

8. Hücumçu Kilian Mbappe (19 yaş) – PSJ, Fransa;

9. Yarımmüdafiəçi Kristian Pulişiç (20 yaş) – "Borussiya", ABŞ;

10. Hücumçu Rodriqo Silva De Qoes (17 yaş) – "Santos", Braziliya gənclər yığması.

 

 

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ