"Qızıl top"a namizəd olan 30 futbolçunun adı açıqlanıb

Sayta qoyulub: 07:16 09.10.2018 (188 dəfə oxunub)

"France Football” jurnalı "Qızıl top” mükafatına bütün namizədlərin siyahısını açıqlayıb.

Siyahıda 30 futbolçu yer alıb. Onlardan hərəyə 4-ü qapıçı və müdafiəçilər, 7-si yarımmüdafiəçilər, 15-i isə hücumçulardır.

Qapıçılar: Alison Bekker ("Liverpul" İngiltərə, Braziliya), Tibo Kurtua ("Real Madrid" İspaniya, Belçika), Uqo Lyoris ("Tottenhem" İngiltərə, Fransa), Yan Oblak ("Atletiko" İspaniya, Sloveniya)

Müdafiəçilər: Diyeqo Qodin ("Atletiko" İspaniya, Uruqvay), Marselo ("Real Madrid" İspaniya, Braziliya), Serxio Ramos ("Real Madrid", İspaniya), Rafael Varan ("Real Madrid" İspaniya, Fransa)

Yarımmüdafiəçilər: Kevin de Brüyne ("Mançester Siti" İngiltərə, Belçika), İsko ("Real Madrid", İspaniya), NQolo Kante ("Çelsi" İngiltərə, Fransa), Luka Modriç ("Real Madrid" İspaniya, Xorvatiya), Pol Poqba ("Mançester Yunayted" İngiltərə, Fransa), İvan Rakitiç ("Barselona" İspaniya, Xorvatiya), Məhəmməd Salah ("Liverpul" İngiltərə, Misir)

Hücumçular: Serxio Aqüero ("Mançester Siti" İngiltərə, Argentina), Qaret Beyl ("Real Madrid" İspaniya, Uels), Kərim Benzema ("Real Madrid" İspaniya, Fransa), Edinson Kavani (PSJ Fransa, Uruqvay), Kriştianu Ronaldu ("Yuventus" İtaliya, Portuqaliya), Roberto Firmino ("Liverpul" İngiltərə, Braziliya), Antuan Qrizmann ("Atletiko" İspaniya, Fransa), Eden Azar ("Çelsi" İngiltərə, Belçika), Harri Keyn ("Tottenhem", İngiltərə), Mario Mancukiç ("Yuventus" İtaliya, Xorvatiya), Sadio Mane ("Liverpul" İngiltərə, Seneqal), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona" İspaniya, Argentina), Neymar (PSJ Fransa, Braziliya), Luis Suares ("Barselona" İspaniya, Uruqvay)

"Qızıl top"un sahibi dekabrın 3-də elan olunacaq. Mükafatın hazırkı sahibi ötən yay "Real"dan "Yuventus"a keçən portuqaliyalı futbolçu Kriştianu Ronaldudur.

 

 

 

 

 

 

 

 

"Report"


 

XƏBƏR LENTİ