Farer adaları - Azərbaycan: mətbuat konfransı, açıq məşq

Sayta qoyulub: 18:37 08.10.2018 (174 dəfə oxunub)

Farer adaları - Azərbaycan: mətbuat konfransı, açıq məşq

UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Torshavn şəhərindəki “Torsvollur” stadionunda keçiriləcək Farer adaları – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

 

10 oktyabr


Farer adaları milli komandası
Saat 10:00. Mətbuat konfransı
Saat 10:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
Saat 12:00. Mətbuat konfransı
Saat 12:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi stadionda təşkil olunacaq. Tədbirlərin saatı yerli vaxtla göstərilib.

XƏBƏR LENTİ