Voleybol millimiz yenə uduzdu

Sayta qoyulub: 14:40 08.10.2018 (116 dəfə oxunub)

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatının II mərhələsində ikinci oyununu keçirib. Yığma Osaka şəhərində Çinlə qarşılaşıb. Görüş Faiq Qarayevin baş məşqçi olduğu komandasının məğlubiyyəti ilə yekunlaşıb – 0:3. İlk və son setlərdə 17:25, ikinci setdə 16:25 hesablı nəticə qeydə alınıb. F qrupunda II tur çərçivəsində Rusiya Bolqarıstanı 3:1, ABŞ isə Türkiyəni 3:0 hesabı ilə yenib. Tura Bakı vaxtı ilə saat 14:20-də start götürəcək İtaliya - Tailand matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, hazırda ABŞ 19 xalla liderdir. İtaliya, Çin və Rusiya 18 xalla 2-3-cü pillələri bölüşür. Tailand 10 xalla 5-ci, Türkiyə 9 xalla 6-cı yerdədir. Bolqarıstan və Azərbaycan isə 6 xalla son iki sıradadır.

XƏBƏR LENTİ