Lopateginin yerinə namizədlər məlum oldu

Sayta qoyulub: 13:13 08.10.2018 (256 dəfə oxunub)

Madrid Realının baş məşqçisi Xulyen Lopategi postunu tərk edə bilər.

 

Vitoriyada Alavesə məğlubiyytdən sonra prezident Florentino Peres baş məşqçinin müqəddəratı ilə bağlı Xose Anxel Sançeslə söhbət edib.

 

Məlumata görə Lopateginin taleyi oktyabrın 28-də Barselona ilə qarşılaşmaya bağlıdır. Ona qədər Levante və Viktoriya ilə oyunlardakı qələbə də El Klassikoda baş tutacaq uğursuzluğun qarşısını ala bilməyəcək.

 

Real artıq yeni baş məşqçinin axtarışlarına da başlayıb. Əsas namizədlər Antonio Konte və Kastilyanı çalışdıran Santyaqo Solaridir.

XƏBƏR LENTİ