Con Terri karyerasını başa vurub

Sayta qoyulub: 07:40 08.10.2018 (115 dəfə oxunub)

İngiltərə yığması və "Çelsi" klubunun əfsanəvi futbolçusu Con Terri oyunçu karyerasını başa vurduğunu elan edib.

O bu barədə "İnstagram" profilində paylaşım edib.

"Futbolçu kimi keçirdiyim 23 möhtəşəm ildən sonra qərara gəldim ki, indi karyeramı bitirməyin əsl vaxtıdır", - deyə Terri yazıb.

Futbolçu öz bəyanatında həyat yoldaşı Toniyə, uşaqlarına, valideynlərinə, qardaşına, qohumlarına və dostlarına dəstəyə görə minnətdarlıq edib. Bundan əlavə, Terri komanda yoldaşlarına, məşqçi və menecerlərinə də öz təşəkkürünü bildirib.

 

 

 

 

 

“Report” 

XƏBƏR LENTİ