"Ştutqart" Tayfun Korkutu istefaya göndərdi

Sayta qoyulub: 18:41 07.10.2018 (99 dəfə oxunub)

"Ştutqart" Tayfun Korkutu istefaya göndərdi

"Ştutqart" baş məşqçisi Tayfun Korkutu istefaya göndərib. Ölkə çempionatının 7-ci turunda "Hannover"ə 1:3 hesablı məğlubiyyətdən sonra bu qərar verilib.

Klub rəhbərliyi türk mütəxəssislə yanaşı,  köməkçilər İlya Araçiç və Stiven Çerundolonla da yolları ayırıb. Komandanı müvəqqəti olaraq Andreas Xinkrlin çalışdıracağı bildirilib.

 

Qeyd edək ki, "Ştutqart" hazırda ölkə çempionatında 5 xalla sonuncu yerdədir.

XƏBƏR LENTİ