Millimizin üzvü komandasına qələbə qazandırdı

Sayta qoyulub: 21:16 06.10.2018 (102 dəfə oxunub)

Millimizin üzvü komandasına qələbə qazandırdı

Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilir. Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanda “Holştayn”a 2-1 hesabı ilə qalib gəlib. Meydan sahiblərinin qələbə qoluna 90+1-ci dəqiqədə Nazarov imza atıb. Nazarov qarşılaşmanın 85-ci dəqiqəsində meydana daxil olub. “Aue” II Bundesliqanın turnir cədvəlində 10 xalla 13-cü pillədə qərarlaşıb.

XƏBƏR LENTİ