"Qarabağ"ın legioneri Fransa və İsveçrə ilə oyunlar üçün milliyə dəvət aldı

Sayta qoyulub: 18:31 06.10.2018 (206 dəfə oxunub)

"Qarabağ"ın legioneri Fransa və İsveçrə ilə oyunlar üçün milliyə dəvət aldı
 

“Qarabağ”ın qapıçısı Hannes Halldorsson İslandiya millisinə dəvət alıb. 34 yaşlı qolkiper millisinin Fransayla keçirəcəyi yoxlama oyununa və UEFA Millətlər Liqasında İsveçrəyə qarşı keçiriləcək matça dəvət alıb. İslandiya millisi yoxlama oyununda oktyabrın 11-də Fransayla, oktyabrın 15-də isə Millətlər Liqasında İsveçrəylə qarşılaşacaq. Qeyd edək ki, İslandiyanın Millətlər Liqasında 2 turdan sonra xalı yoxdur.

 

XƏBƏR LENTİ