Yığmamız İsveçrəyə böyük hesabla uduzdu

Sayta qoyulub: 14:57 06.10.2018 (139 dəfə oxunub)

 

Yığmamız İsveçrəyə böyük hesabla uduzdu

19 yaşadək qızlardan ibarət yığmamız bu gün Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib. Komandamız ikinci sınağında İsveçrə seçməsi ilə üz-üzə gəlib. Görüş yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. U-19-un qapısından hər 3 topu Stefanie Veber (50, 69 (pen.), 90) keçirib. Qeyd edək ki, komandamız qrupun ilk oyununda Türkiyəyə 0:2 hesabı ilə uduzub. İsveçrə isə Kipri darmadağın edib – 9:0. Xatırladaq ki, seçmə mərhələnin oyunları Türkiyədə keçirilir.

XƏBƏR LENTİ