Gəncə stadionunun təmiri üçün dövlət büdcəsindən pul ayrılacaq

Sayta qoyulub: 14:52 06.10.2018 (139 dəfə oxunub)

Gəncə stadionunun təmiri üçün dövlət büdcəsindən pul ayrılacaq

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu təmiri nəzərdə tutulan obyektlərin sırasındadır. Yarım əsrdən çox tarixi olan stadion Dövlət Proqramına salınıb. Bu barədə Gəncədə keçirilən Azərbaycan gənclərinin 8-ci formunun ilk zona toplantısında Gənclər və İdman naziri Azad Rəhimov deyib. Nazir jurnalistlərə müsahibəsində növbəti illərdə stadionun təmir olunacağına inandığını bildirib. Qeyd edək ki, 25 000 tamaşaçı tutumuna malik stadion ötən əsrin 50-ci illərində tikilərək istifadəyə verililib. Arena “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının Yüksək Liqasına çıxması ilə indiki formasına salınıb. Müxtəlif vaxtlarda idman qurğusunda təmir-bərpa işləri aparılsa da, mövcud vəziyyətə uyğun olaraq əsaslı yenidənqurmaya ehtiyac var.

XƏBƏR LENTİ