Yaponiya-2018: Həftəsonuna hava proqnozu

Sayta qoyulub: 08:23 05.10.2018 (115 dəfə oxunub)

Suzukada bu gün açıqlanan hava proqnozu dəyişkən hava şəraitini və böyük – hər gün 50%-dən yüksək ehtimalla yağışlı günlər vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən bildirir ki, cümə günü səma buludlu olacaq, zəif cənub-şərq küləyi əsəcək, qısamüddətli yağış yağacaq, temperatur isə +24 dərəcəyədək qızacaq.

Şənbə günü bəzi vaxtlarda yağış yağsa da, termometrlər +26 dərəcəni göstərəcəklər.

Bazar günü yarışa qədər yağışlı olacaq, amma sonra buludlar dağılacaq və aydın səma altında hərarət +27 dərəcəyə çatacaq.

Xatırladaq ki, keçən il cümə günü yağış yağsa da, şənbə və bazar günləri sürücülər quru trasda işləmişdilər…

XƏBƏR LENTİ