Ronaldo ilin sonuna qədər millidə oynamayacaq

Sayta qoyulub: 14:26 04.10.2018 (157 dəfə oxunub)

Kriştiano Ronaldo ilin sonuna qədər Portuqaliya millisində oynamayacaq.

 

O Jogo-nun məlumatına görə bu qərar futbolçunun federasiya prezidenti Fernando Qomeşlə və baş məşqçi Fernando Santuşla söhbətindən sonra verilib.

 

Xatırladaq ki, Ronaldo sentyabr ayında millinin oyunlarına da qatılmamışdı.

 

Portuqaliya millisinin ilin sonuna qədər İtaliya və Polşa ilə Millətlər liqasında oyunları var.

XƏBƏR LENTİ