Milli komandamız dünya çempionatının növbəti mərhələsində

Sayta qoyulub: 13:24 04.10.2018 (119 dəfə oxunub)

Milli komandamız dünya çempionatının növbəti mərhələsində
 
 
Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyada davam edən dünya çempionatında bu gün qrup mərhələsinin son oyununu keçirib. Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv C qrupunun V tur qarşılaşmasında Tailanda uduzub – 1:3 (25:22, 15:25, 25:19, 25:27).
Qeyd edək ki, hər iki komanda növbəti mərhələyə vəsiqəni təmin etdiyi üçün matç formal xarakter daşıyıb. Bu qələbədən sonra xalını 10-a çatdıran Tailand 3-cü sıradakı mövqeyini qoruyub. Azərbaycan isə 6 xalla 4-cü olub. 4 xala malik Cənubi Koreya 5-ci, xal qazana bilməyən Trinidad və Tobaqo isə sonuncu yeri tutub. Turun son görüşü 11 xalla ilk iki pilləni bölüşən Rusiya və ABŞ arasında olacaq.

Dünya çempionatı
C qrupu
V tur
11:10. Tailand - Azərbaycan 3:1 (25:22, 15:25, 25:19, 25:27)
Kobe, Yaponiya

XƏBƏR LENTİ