R.Kubitsa Williams-ın qərarını çox gözləməyəcək

Sayta qoyulub: 08:38 04.10.2018 (114 dəfə oxunub)

Keçən ilin payızında Robert Kubitsanın sükan arxasına qayıtması artıq həll olunmuş məsələ sayılırdı – amma sonda Williams komandası polşalı sürücü ilə deyil, Sergey Sirotkinlə müqavilə bağlamışdı.

F-1.az bildirir ki, bir ildən sonra yenə də Kubitsanın britaniyalılarla anlaşdığı paddokda danışılan əsas mövzudur – amma rəsmi müqavilə hələ açıqlanmayıb. Robert özü də bildirib ki, Williams-ın qərarını çox gözləməyəcək və başqa seriyalardan gələn təklifləri dəyərləndirməyə hazırdır…

Robert Kubitsa: “Mən keçənilki vəziyyətin təkrarlanmasını istəmirəm. Hamının qərar qəbul etməsi üçün son tarix var və hamının şərəfi var. Hələ heç bir qərar qəbul olunmayıb, amma tezliklə qərar qəbul olunmalıdır. Mən bu dəfə dekabra qədər gözləmək istəmirəm.

Formula1-ə düşmək asan deyil, amma başqa seriyalarda imkan var. Bu mənə aydındır. Mən gözləyirəm, amma yaxın günlərdə qərar olmasa, özüm qərar verəcəm…”

XƏBƏR LENTİ