Şahmatçılarımız Ermənistan və Ukraynaya qarşı

Sayta qoyulub: 08:37 04.10.2018 (69 dəfə oxunub)

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün 10-cu turun oyunları keçiriləcək.

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvafiq olaraq, Ukrayna və Ermənistanla qarşılaşacaq.

 

Kişilər

Azərbaycan - Ukrayna

Şəhriyar Məmmədyarov - Vasili İvançuk
Teymur Rəcəbov - Pavel Elyanov
Arkadi Naydiç - Yuri Krivoruçko
Rauf Məmmədov - Ruslan Ponomaryov
 
Məmmədyarov və Naydiç ağ, Rəcəbovla Məmmədov qara fiqurlarla oynayacaq.

Qadınlar

Azərbaycan - Ermənistan

Günay Məmmədzadə - Elina Danielyan
Zeynəb Məmmədyarova - Lilit Mkrtçyan
Xanım Balacayeva - Anna Sarqsyan
Gülnar Məmmədova - Mariya Kursova

Məmmədzadə və Balacayeva ağ, Məmmədyarova və Məmmədova qara fiqurlarla çıxış edəcək. Oyunlar Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qeyd edək ki, 9 turdan sonra Azərbaycanın qadın millisi 14 xalla 6-cı, Ermənistan 15 xalla 3-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət yığma 13 xalla 10-cu, eyni xala malik Ukrayna 16-cıdır.

 

 

 

Şahmatçılarımız Ermənistan və Ukraynaya qarşı

 

 

 

 

qol.az

XƏBƏR LENTİ