J.de Ferran dəyişikliyin əleyhinədir

Sayta qoyulub: 08:36 04.10.2018 (124 dəfə oxunub)

FOM hazırda sıralanma turunun formatını dəyişməyə çalışır – sessiyanı daha dinamik etmək üçün dörd bərabər hissəyə bölmək təklif olunub ki, ilk 3 hissədə ən pis nəticə göstərmiş 4 maşın mübarizəni dayandıracaq. Ona görə də son hissədə poul uğrunda mübarizədə 10 deyil, 8 sürücü mübarizə aparacaq.

F-1.az bildirir ki, FOM-un bu təklifi komanda başçıları tərəfindən birmənalı qarşılanmayıb – bu təklifi dəstəkləyənlər olsa da, əksəriyyət əleyhinədir. McLaren komandasının idman direktoru Jil de Ferran ümid edir ki, sıralanma turunun formatı elə indiki kimi qalacaq…

Jil de Ferran: “Mənim sıralanma turunun cari formatından xoşum gəlir. Bu format illər ərzində gördüyüm ən uğurlu formatdır – mən isə çox şey görmüşəm, cümə və şənbə sıralanma turlarından başlamış, məhdud sayda dövrə, vahid dövrə, həftəsonuna bir təkərlə və s. formatlara kimi…

Sıralanma turunda mənim üçün, azarkeş üçün başlıcası nədir? Mən əmin olmaq istəyirəm ki, poulu ən sürətli sürücü qazandı. Keçmiş sürücü kimi mən çox sıralanma turlarında iştirak etmişəm və həmişə sürətli olmağa çalışmışam, mən hesab edirəm ki, cari format ən sürətli sürücünü müəyyən etməyə imkan verir. Deməli, poul hər hansı bir əhəmiyyət kəsb edir və dəyəri var. Bu, mənim xoşuma gəlir.

Əlbəttə, illər ərzində gördüyüm müxtəlif formatların öz müsbət və mənfi cəhətləri olub, amma diqqətlə baxsaq, cari format daha balanslıdır və azarkeşlərin də xoşuna gəlir…”

XƏBƏR LENTİ