"Arsenal"da "Qarabağ"la oyun öncəsi şok itki

Sayta qoyulub: 20:16 29.09.2018 (269 dəfə oxunub)

"Arsenal"da "Qarabağ"la oyun öncəsi şok itki
 

İngiltərənin "Arsenal" klubu Avropa Liqasının qrup mərhələsinin II turunun "Qarabağ"la səfər oyunu öncəsi növbəti ciddi itki ilə üzləşib.  "Topçular"ın əsas qapıçısı Petr Çex Premyer Liqanın "Uotford"la öz öncə başa çatan VII turunun matçında zədələnib.  

Topu oyuna daxil edən zaman zədə alan futbolçuya tibbi yardım göstərilsə də, oyunu davam etdirə bilməyib.  Çexin əvəzinə meydana almaniyalı qapıçı Bernd Leno daxil olub. 36 yaşlı əlcək sahibinin "Qarabağ"la qarşıdakı matçı buraxacağı gözlənilir.

London klubunun heyətində Sokratis Papastatopulos, Loran Koselni cə Karl Cenkinson da zədədən əziyyət çəkirlər. Onların "Qarabağ"la görüşdə iştirak etməyəcəyi artıq dəqiqləşib.  

Qeyd edək ki, "Arsenal" "Qarabağ"la oktyabrın 4-də Bakı Olimpiya Stadionunda görüşəcək. .

XƏBƏR LENTİ