Donald Geryenin son durumu

Sayta qoyulub: 10:29 28.09.2018 (208 dəfə oxunub)

Donald Geryenin son durumu

Topaz Premyer Liqasının I turundan təxirə salınmış matçında "Qarabağ" "Zirə"ni qəbul etdiyi matçda aparıcı sima Donald Geryenin zədəsinə üzüldü. Çiynindən ciddi zədə alan Ağdam klubunun cinah futbolçusu 3-4 həftə yaşıl meydanlardan kənar qalacaq. 29 yaşlı oyunçu oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində "Arsenal"la oyunu buraxmalı olacaq. Bundan əlavə, Gerye milli komandasının oktyabrın 6-dan 15-dək olan toplanışına qatılmayacaq.

XƏBƏR LENTİ