Dünya çempionatında fərdi mübarizəyə yekun vuruldu

Sayta qoyulub: 20:59 26.09.2018 (120 dəfə oxunub)

Dünya çempionatında fərdi mübarizəyə yekun vuruldu
 
Bakıda davam edən cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulub. Yeddinci yarış günündə qadınların mübarizəsində +78 kq, kişilərdə isə +100 kq çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Qadınların mübarizəsində yaponiyalı Sarah Asahina finalda kubalı İdalis Ortisi məğlub edərək qızıl medalı əldə edib. Türkiyə təmsilçisi Kayra Sait, həmçinin bosniya və herseqovinalı Larisa Çeriç bürünc medal qazanıb.
Kişilərin yarışında isə Gürcüstan cüdoçusu Quram Tuşişvili qızıl medala sahib çıxıb. O, finalda Azərbaycan təmsilçisi Uşangi Kokaurini məğlub edib. Bürünc medalları isə yaponiyalı Hisayoşi Haraşava və monqolustanlı Ulzibayar Durenbayar əldə edib.
Kişilərin yarışında qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 27-də keçiriləcək qarışıq komanda yarışları ilə yekun vurulacaq.

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

XƏBƏR LENTİ