"Keşlə" daha bir futbolçu ilə vidalaşa bilər

Sayta qoyulub: 10:34 26.09.2018 (186 dəfə oxunub)

"Keşlə" daha bir futbolçu ilə vidalaşa bilər
 

Tarixinin bəlkə də ən pis dönəmini yaşayan “Keşlə”də "yarpaq tökümü" davam edir. Adrian Skarlatake, Miloş Bosançiçin ardından klub daha bir futbolçusu ilə erkən vidalaşa bilər. Söhbət hücumçu Andre Klennondan gedir. Ümidləri doğrultmayan 29 yaşlı forvardın klubda qışa qədər qalacağı inandırıcı görünmür. Ola bilər ki, gediş yaxın günlərdə təsdiqlənsin. Qeyd edək ki, Yamayka millisinin keçmiş üzvü bu ilin yanvarında paytaxt klubuna keçmişdi.

XƏBƏR LENTİ