"Qarabağ" "Zirə"yə qarşı

Sayta qoyulub: 08:55 26.09.2018 (163 dəfə oxunub)

Bu gün Topaz Premyer Liqanın 1-ci turundan təxirə salınmış oyunu keçiriləcək. Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” öz meydanında “Zirə”ni qəbul edəcək. Ağdam klubu qalib gələcəyi təqdirdə xalını 13-ə çatdıracaq və lider “Neftçi”yə şərik olacaq.

Qeyd edək ki, indiyədək 12 dəfə üz-üzə gələn bu komandaların oyununda 9 dəfə”Qarabağ” qalib gəlib, 3 dəfə isə heç-heçə qeydə alınıb.

26 sentyabr (çərşənbə)

20:00.
“Qarabağ” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov
“Azersun Arena”

XƏBƏR LENTİ