AFFA "Neftçi" və "Sumqayıt"ın baş məşqçisini cəzalandırdı

Sayta qoyulub: 11:36 25.09.2018 (100 dəfə oxunub)

AFFA "Neftçi" və "Sumqayıt"ın baş məşqçisini cəzalandırdı

 

Bu gün İntizam Komitəsinin iclası baş tutub. Topaz Premyer Liqasının V turunun “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində “Zirə” və “Neftçi” klublarının baş məşqçiləri Samir Abasov və Roberto Bordin bir-biriləri ilə sərt mubahisə etdiklərinə görə texniki zonadan kənarlaşdırılıblar. Bu səbəbdən hər iki məşqçi 1 oyun cəzalanır, klublar 800 manat cərimə olunur.

Mətbuat konfransında “Zirə” klubunun baş məşqçisi Samir Abasova 4-cü hakim haqqında ironiya ilə danışdığına görə xəbərdarlıq olunur. Bu hal yenidən baş verəcəyi halda məşqçini cəza gözləyir.

XƏBƏR LENTİ