Rusiya-2018: Bukmeyker cədvəlləri

Sayta qoyulub: 06:24 25.09.2018 (140 dəfə oxunub)

William Hill idarəsinin bukmeykerləri Rusiyadakı yarış həftəsonu üçün növbəti cədvəllərini tərtib ediblər.

F-1.az idarənin rəsmi saytına istinadən xəbər verir ki, Lyuis Həmilton və Sebastyan Fettelin Soçidə qələbə şansları təxminən bərabər qiymətləndirilsə də, Mercedes sürücüsünün əmsalı da yüksəkdir…

Rusiya Qran Prisində qələbə (sürücülər)
Lyuis Həmilton 2.20
Sebastyan Fettel 2.37
Valtteri Bottas 7.50
Kimi Rəykkönen 10.00
Maks Ferstappen 23.00
Daniel Rikkardo 34.00

Bukmeykerlər əmindirlər ki, Lyuis Həmilton növbəti dəfə titulunu qoruyacaq. Onun beşinci dəfə titul qazanmaq şansı Sebastyan Fettelin şansından 4 dəfə çox dəyərləndirilib. Bundan başqa, bukmeykerlər Valtteri Bottas və Kimi Rəykkönenin də çempionluğuna əmsal veriblər, amma…

Çempionatda qələbə (sürücülər)
Lyuis Həmilton 1.44
Sebastyan Fettel 5.00
Valtteri Bottas, Kimi Rəykkönen 501.00

Mühəndislər Kubokunda da bukmeykerlərin fikri qəti dəyişməz qalır…

Çempionatda qələbə (komandalar)
Mercedes AMG 1.25
Ferrari 3.75
Red Bull 201.00

 

XƏBƏR LENTİ