FİFA nümayəndəsi: Ronaldu və Messinin "The Best" tədbirinə gəlməməsi futbolu nüfuzdan salır

Sayta qoyulub: 06:21 25.09.2018 (120 dəfə oxunub)

FİFA "Barselona"nın hücumçusu Lionel Messi və "Yuventus"un forvardı Kriştianu Ronaldunun Londonda ilin ən yaxşı futbolçusunun mükafatlandırılması mərasiminə gəlməməsindən narazı qalıb.

Beynəlxalq Futbol Federasiyası nümayəndəsinin sözlərini "Marca" qəzeti sitat gətirib.

"Bu, futbolu nüfuzdan salır və onlar bunu dərk etmirlərr", – deyə o bildirib.

Bundan əvvəl Ronaldu "Yuventus"un gərgin iş qrafiki səbəbindən, Messinin isə şəxsi səbəblərə görə tədbirdə iştirak etməyəcəyi məlum idi.

FİFA versiyası üzrə 2018-ci ilin ən yaxşı futbolçusu "Real"ın xavbeki xorvatiyalı Luka Modriç seçilib.

 

 

FİFA nümayəndəsi: Ronaldu və Messinin "The Best" tədbirinə gəlməməsi futbolu nüfuzdan salır

 

 

“Report” 

XƏBƏR LENTİ