Şahmatçılarımız Olimpiadaya qələbə ilə başladı

Sayta qoyulub: 19:05 24.09.2018 (136 dəfə oxunub)

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasına start verilib. Azərbaycanın kişilərdən ibarət əsas milli komandası ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivi ilə üz-üzə gəlib. Görüşlərdən sonra üstünlük əsas milli komandanın tərəfində olub. Teymur Rəcəbov rəqibi ilə heç-heçə edib. Eltac Səfərli, Rauf Məmmədov və Arkadi Naydiç görüşlərini qələbə ilə başa vurublar.

Azərbaycan - Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) komandası - 3.5:0.5

Teymur Rəcəbov (2751) - İqor Yarmanov (2376) - 0,5:0,5

Arkadi Naydiç (2721) - Andrey Qurbanov (2305) - 1:0

Rauf Məmmədov (2699) - Dmitri Scerbin (2264) - 1:0

Eltac Səfərli (2676) - Andrey Tersinsev (2194) - 1:0 

XƏBƏR LENTİ