Bekhem Zidanı baş məşqçi kimi dəvət edir

Sayta qoyulub: 08:19 24.09.2018 (142 dəfə oxunub)

İngiltərə millisinin sabiq üzvü Devid Bekhem MLS klubu İnter Mayami-də işləməklə bağlı Zinəddin Zidanla ilkin danışıqlar aparıb.Bu barədə  Mirror məlumat verib.


Klubun sahibi olan Bekhem Zidanı baş məşqçi görmək istəyir. Mayami klubu 2020-ci ildən etibarən MLS-də çıxışına başlayacaq. Komanda şəhər mərkəzində 25 minlik arenada çıxış edəcək. Stadionun tikintisi  $200 milyona başa gəlib.


Xatırladaq ki, bir müddət əvvəl Bekhem Messini də dilə tutacağına da ümidini bildirmişdi.


Zidana gəldikdə isə Mourinyonun istefası nəticəsində onun Mançester Yunaytedə baş məşqçi təyin ediləcəyi də söylənilir.

XƏBƏR LENTİ