Ronaldo FİFA-nın bu gün keçiriləcək mükafatlandırma mərasimində iştirak etməyəcək

Sayta qoyulub: 06:35 24.09.2018 (221 dəfə oxunub)

Yuventusun forvardı Kriştiano Ronaldo FİFA-nın bu gün təşkil edəcəyi mükafatların təqdimi mərasiminə qatılmayacaq.

 

33 yaşlı portuqaliyalı və digər turinlilər Londondakı mərasimə gəlməyəcəklər. Buna da səbəb gərgin qrafikdir. Belə ki, onlar dünən Frozinone (2:0) ilə oyun keçirmişdilər. Çərşənbə günü isə komandanı daha bir oyun gözləyir.

 

Xatırladaq ki, Ronaldo Monakodakı tədbirə də qatılmamışdı. Lakin bu dəfə o, əvvəlcədən təşkilatçıları xəbərdar edib.

 

Ronaldo Modriç və Salaxla birlikdə mükafata namizəddir. Mükafata namizədlər siyahısında olmayan Messi isə Londondakı tədbirdə iştirak edəcək.

XƏBƏR LENTİ