Hankook şirkəti FİA-nın tenderinə qatılıb

Sayta qoyulub: 06:27 24.09.2018 (98 dəfə oxunub)

Biz xəbər vermişdik ki, Formula1 komandalarını 2020-ci ildən başlayaraq təkərlərlə təchiz etmək üçün FİA-nın elan etdiyi tenderdə iki şirkətin müraciəti qəbul olunub. Bu gün təsdiq olunub ki, iyul ayında elan olunan tenderin nəticələrinə əsasən, Pirelli-dən başqa Hankook şirkəti də idmana qatılmaq niyyətindədir.

F-1.az bildirir ki, FİA rəsmən şirkəti məlum edib ki, onların müraciəti həm texiniki tələblərə, həm də təhlükəsizlik standartlarına cavab verir.

Bundan sonra Liberty Media hər bir iddiaçı ilə danışıqlar aparmalıdır, sonda isə çempionatın sahiblər öz seçimlərini edərək bu barədə FİA-ya xəbər verməlidirlər.

Liberty Media-nın nümayəndəsi bildirib ki, “iki təchizatçı şirkətlə kommersiya danışıqları apardığımızı təsdq edə bilərik..”

Cənubi Koreyanı təmsil edən Hankook istehsal həcminə görə dünyanın 7-ci təkər şirkəti sayılır, amma bu günə qədər F1-də iştirak etməyib. Amma Hankook DTM və avropanın F3 seriyalarında keyfiyyətlə təmsil olunub.

Şirkətin rəhbərliyi bu xəbərə şərh verməkdən boyun qaçırıb.

Liberty Media-nın seçdiyi şirkət Formula1 komandalarını 2020-2023-cü illərdə təkərlərlə təchiz etməlidir, maraqlıdır ki, əməkdaşlığın ilk ilində veriləcək təkərlər 13 düyməlik, sonrakı illərdə isə 18 düyməlik olmalıdırlar. Xatırladaq ki, 2021-ci ildən çempionatda termal (qızıdırıcı) çexolların istifadəsi də qadağan olunacaq…

XƏBƏR LENTİ