Futzal yığmamız Qazaxıstana uduzdu

Sayta qoyulub: 19:34 23.09.2018 (92 dəfə oxunub)

Futzal yığmamız Qazaxıstana uduzdu

Futzal üzrə Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. AFFA-nın rəsmi saytınln yaydığı xəbərə görə, komandamız Bakı İdman Sarayında Qazaxıstan seçməsini qəbul edib. Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Xətai Bağırov fərqlənib. Qonaqların qollarını isə B. Orazov, Ç. Esenamanov və İgita vurublar.

XƏBƏR LENTİ