Nazim Süleymanov: "Belə start gözləmirdik"

Sayta qoyulub: 19:32 23.09.2018 (129 dəfə oxunub)

Nazim Süleymanov: "Belə start gözləmirdik"

“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının V turunda səfərdə “Keşlə”yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Qələbə qazanmaq yaxşı haldır. İlk hissəni məğlub başa vursaq da, sonradan toparlandıq. Hər iki komandanın çoxsaylı qol şansları oldu. Təəssüflər olsun ki, bir neçə epizodlardan yararlana bilmədik. Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. İrəlidəki oyunlara baxmalıyıq.

 

- Atilla Yıldırımın zədəsi ciddidir?

- Atilla ilə həkimlər məşğuldurlar. Özünü yaxşı hiss etmir. Bu dəqiqə hansısa fikir bildirməyim düzgün olmaz.

 

- Komandanız çempionata yaxşı başlayıb. Belə gedişat gözləyirdiniz?

- “Sumqayıt” yeni oyunçulardan qurulan komandadır. Gəlin etiraf edək ki, bunu gözləmirdik. Çempioanta başqa hücumçu ilə başlamışdıq, Atilla sonradan komandaya qoşuldu. İstəyirəm ki, futbolçularım stabil oyun sərgiləsinlər. Həmişə yaxşı nəticə qazanmağa çalışırıq. Bir qədər sakit olsaq, daha yaxşı oynaya bilərik.

 

- Ehtiyatda oyunu gücləndirəcək futbolçu yoxdur. Bu, nə zamana qədər davam edəcək?

- Biz xarici futbolçu götürmürük. Bundan sonra da yerlilərə güvənməyə çalışacağıq. İrəliyə baxmaq lazımdır.

 

- Aleksey İsayev milli komandaya dəvət almağa layiqdir?

- Hər bir məşqçi və klub istəyər ki, milliyə çox futbolçu versin. Hər bir futbolçumu milli komandada görmək istəyirəm.

XƏBƏR LENTİ