"Beşiktaş" Jirudan əl çəkmir

Sayta qoyulub: 19:42 22.09.2018 (162 dəfə oxunub)

"Beşiktaş" Jirudan əl çəkmir

“Beşiktaş” “Çelsi”nin hücumçusu Olivye Jirunu transfer etməkdə israrlıdır. Britaniya mətbuatınun yaydığı xəbərə görə, İstanbul klubunun baş məşqçisi Şenol Günəş hücum xəttindəki çatışmazlığı məhz fransalı forvardla aradan qaldırmaq istəyir. Təcrübəli çalışdırıcı rəhbərliyə müraciət edərək 31 yaşlı futbolçunun qış fasiləsində alınmasını xahiş edib. İddiaya görə, “qara qartallar” yaxın günlərdə London klubuna rəsmi təklif göndərəcəklər. Qeyd edək ki, bu ilin yanvarında “Arsenal”dan “Çelsi”yə keçən Jirunun “zadəganlar”la mövsümün sonuna kimi müqaviləsi var.

XƏBƏR LENTİ