Cüdoçumuz yarımfinala yüksəlib

Sayta qoyulub: 11:54 22.09.2018 (174 dəfə oxunub)

Cüdoçumuz yarımfinala yüksəlib

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib. 21 yaşlı idmançı 1/4 finalda monqolustanlı Odbayar Qanbaatara qalib gəlib. O, rəqibini vazaari xalı ilə üstələyib. 

Yarımfinal və medal görüşləri saat 16:00-da başlanacaq.  73 kq çəkidəki azərbaycanlı digər cüdoçu Rüstəm Orucov isə mübarizəni dayandırıb. Onun 1/8 final mərhələsində monqolustanlı Tsoqtbaatar Tsend-Oçirlə görüşü 8 dəqiqə 35 saniyə davam edib. Əlavə vaxtda monqolustanlı cüdoçu vaazari xalı ilə qalib gələrək, mərhələ adlayıb.

XƏBƏR LENTİ