Azərbaycanın daha bir cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb

Sayta qoyulub: 09:41 22.09.2018 (82 dəfə oxunub)

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb. 

73 kq çəki dərəcəsində yer alan 21 yaşlı idmançı ilk görüşündə iraqlı Sajjad Seheni yenib. O, rəqibinə ipponla qalib gəlib. Onun 1/16 final mərhələsindəki rəqibi monteneqrolu Sedrik Bessi olacaq. 

Qeyd edək ki, 73 kq çəkidəki digər cüdoçu Rüstəm Orucov da ilk görüşünü qələbə ilə başa vurub. 27 yaşlı idmançı 1/16 finalda BƏƏ-dən olan Viktor Skvortsovla qarşılaşacaq. 

 

 

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatına qələbə ilə başlayıb

 

"Report"

XƏBƏR LENTİ