Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

Sayta qoyulub: 18:05 21.09.2018 (145 dəfə oxunub)

Klublarlarımızın UEFA reytinqindəki mövqeyi açıqlandı

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Klublarımızdan ən yaxşı göstəriciyə malik "Qarabağ”dır. Ağdam təmsilçisi 19,500 xalla 66-cı sırada qərarlaşıb. Avropa Liqasının qrup mərhələsində ötən gün "Sportinq"ə uduzaraq 2 pillə geriləməsinə baxmayaraq, Azərbaycan çempionu İspaniyanın “Valensiya”, İtaliyanın “Milan” kimi klublarını geridə qoyub. Azərbaycnın digər klubu "Qəbələ" 6,250 xalla 160-cı pillədədir. "Keşlə", “Neftçi”, "Zirə" və "Kəpəz" isə 3.700 xalla  müvafiq olaraq 278, 279, 280 və 281-ci yerdə qərarlaşıb.

XƏBƏR LENTİ