Pirelli Rusiya Qran Prisi üçün sürücülərin təkər seçimini bəyan edib

Sayta qoyulub: 07:53 21.09.2018 (95 dəfə oxunub)

Reqlamentə əsasən, Pirelli səfər yarışlarına 14 həftə, Avropa yarışlarına isə 8 həftə qalmış təkər seçimini elan etməlidir. Bundan sonra komandalar yarış həftəsonu ərzində istifadə edəcəkləri tərkiblərin dəst sayını müəyyən edirlər və seçimlərini FİA-ya bildirirlər, federasiya isə Pirelli-dən məhz bu sayda təkər istehsal etməyi və yarışa gətirməyi tələb edir.

Komandaların seçimi məxfi saxlanılır və yarışa 2 həftə qalmış mətbuata bildirilir. Ona görə də Pirelli bu gün Rusiya Qran Prisinə hər bir sürücünün etdiyi seçimi açıqlayıb.

F-1.az xatırladır ki, italyanlar Soçi trasına ən yumşaq iki tərkiblə (UltraSoft və HyperSoft) birlikdə Soft tərkibini gətirəcəklər. Bu dəfə SuperSoft tərkibi buraxılıb və bu üçlük mövsümdə ilk dəfə son yarışda – Sinqapurda istifadə olunmuşdu.

Elə sürücülərin seçimi də Sinqapurdakı seçimi xatırladır – yenə Mercedes sürücüləri hamıdan az HyperSoft sifariş ediblər, amma bu dəfə 6 dəst deyil, 7 dəst bu tərkibdən alacaqlar.

Ferrari-də Fettel üçün tərkiblərin dəst sayı dəyişməz qalıb, amma Rəykkönendə bir HyperSoft dəstini Soft dəsti ilə əvəz ediblər – finlandiyalı sürücü məşqlərdə bu tərkibin işi barədə məlumat toplayacaq.

Ən çox HyperSoft tərkibindən isə Renault sürücüləri sifariş ediblər – Sayns və Hülkenberqin ixtiyarında 10 dəst ən yumşaq təkər olacaq…

Rusiya Qran Prisi üçün təkər seçimi

Sürücü Komanda Soft UltraSoft HyperSoft
Lyuis Həmilton Mercedes AMG 2 4 7
Valtteri Bottas Mercedes AMG 2 4 7
Sebastyen Fettel Ferrari 1 3 9
Kimi Rəykkönen Ferrari 2 3 8
Daniel Rikkardo Red Bull 1 3 9
Maks Ferstappen Red Bull 1 3 9
Serxio Peres Racing Point 2 2 9
Esteban Okon Racing Point 2 2 9
Ləns Stroll Williams 1 4 8
Sergey Sirotkin Williams 2 3 8
Karlos Sayns Renault 1 2 10
Niko Hülkenberq Renault 2 1 10
Pyer Qasli Toro Rosso 1 4 8
Brendon Hartli Toro Rosso 2 3 8
Roman Qrojan Haas 1 3 9
Kevin Maqnussen Haas 2 2 9
Fernando Alonso McLaren 3 2 8
Stoffel Vandorn McLaren 2 2 9
Markus Eriksson Sauber 2 2 9
Şarl Lekler Sauber 1 3 9

 

XƏBƏR LENTİ