Honda güc qurğusunun yeni versiyasını Soçiyə gətirəcək

Sayta qoyulub: 07:47 21.09.2018 (111 dəfə oxunub)

Hazırda çempionatda ən zəif olan Honda motorçuları Soçiyə güc qurğusunun yeni versiyasını gətirəcəklər.

F-1.az İspaniyada dərc olunan Marca qəzetinə istinadən bildirir ki, yeni versiya şirkətin 2018-ci il üçün hazırladığı 3-cü modifikasiya olacaq. Bu halda Toro Rosso komandasının sürücüləri startda yer itirməli olacaqlar, amma Honda üçün ev trası sayılan Suzukada yaponlar öz inkişaflarını bütün dünyaya göstərmək istəyirlər.

Şayiələrə görə, güc qurğusunun yeni versiyası sələfindən 30 at qüvvəsi güclü olacaq. Hazırda yaponların Renault-ya 20 at qüvvəsi uduzduqlarını nəzərə alsaq, deməli, mövsümün son yarışlarında fransızlar ən zəif motora malik olacaqlar.

Xatırladaq ki, gələn il Red Bull komandası da Honda motorlarına keçəcək.

XƏBƏR LENTİ