Makqreqor UFC çempionu Nurmaqomedovu qorxaq adlandırıb

Sayta qoyulub: 07:40 21.09.2018 (231 dəfə oxunub)

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurmaqomedovu döyüş öncəsi qorxaq adlandırıb.

İrlandiyalı döyüş ustası bunu mətbuat konfransında deyib.

Nurmaqomedov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda keçiriləcək.

"Mən iki ildir döyüşmürəm, lakin siz avtobusdakı bu qorxağı özünüz gördünüz. O hətta mən avtobusa yaxınlaşanda belə aşağı düşmədi. Dostlarından birinin arxasında gizləndi, mən döyüşmək istədiyim üçün rinqə qayıtdım, onu döymək istəyirəm", - deyə Makqreqor bildirib.

 

 

Makqreqor UFC çempionu Nurmaqomedovu qorxaq adlandırıb

 

 

“Report” 

  

SON AYDA ƏN ÇOX OXUNANLAR:

    XƏBƏR LENTİ