Azərbaycan cüdoçusu dünya çempionatında beşinci yeri tutub

Sayta qoyulub: 17:28 20.09.2018 (98 dəfə oxunub)

Azərbaycan cüdoçusu Kəramət Hüseynov Bakıda keçirilən dünya çempionatında 5-ci yeri tutub. 60 kq çəkidə çıxış edən idmançı bürünc medal uğrunda görüşdə gürcüstanlı Amiran Papinaşviliyə məğlub olub.

Qeyd edək ki, ilk yarış günündə tatamiya çıxan digər Azərbaycan cüdoçuları - Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.

XƏBƏR LENTİ