Millimiz FİFA reytinqində gerilədi

Sayta qoyulub: 12:05 20.09.2018 (133 dəfə oxunub)

Millimiz FİFA reytinqində gerilədi

 

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Millimizin mövqeyində 3 pillə geriləyib. Yığmamız 1202 xalla 108-ci pillədədir. Millimiz Mavritaniya (103), Haiti (104), Niger (105), Madaqaskar (106) və Kenyanı (107) izləyir.

 

Millətlər Liqasındakı rəqibimiz olan Kosovo 3 pillə irəliləyərək, 138-ci pillədə qərar tutub (1092 xal). Farer adaları 2 pillə geriləyib və 92-ci yerdə məskunlaşıb (1261 xal). Malta 1 pillə irəliləyərək, 183-cü yerdə qərarlaşıb (928 xal).

 

Siyahıya DÇ-2018-in bürünc mükafatçısı Belçika başçılıq edir (1729,25 xal). Son dünya çempionu Fransa ikincidir (1729,12 xal). Braziliya 3-cü (1663), Xorvatiya 4-cü (1643), Uruqvay 5-ci (1632), İngiltərə 6-cı (1612) yerdə qərarlaşıb.

 

XƏBƏR LENTİ