"Qarabağ" - "Arsenal" oyununun biletləri satışa çıxır

Sayta qoyulub: 20:05 19.09.2018 (183 dəfə oxunub)

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Arsenal" matçının biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib. Azarkeşlər sözügedən qarşılaşmanın biletlərini sabahdan etibarən əldə edə bilərlər. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

XƏBƏR LENTİ