"Beşiktaş" daha bir futbolçusunu ərəb klubuna satır

Sayta qoyulub: 19:05 19.09.2018 (236 dəfə oxunub)


Alvaro Neqredonu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nəsr" klubuna göndərən "Beşiktaş" daha bir hücumçusu ilə yolları ayıra bilər. Komandanın forvardı Vaqner Lava Səudiyyə Ərəbistanından təklif var. Adı açıqlanmayan klub "Beşiktaş"a 34 yaşlı futbolçu üçün müraciət edib. Hücum xəttində Lav, Larin və Pektemekə ümidi qalan İstanbul klubu braziliyalını göndərmək istəməsə də, sərfəli təklif "qara qartallar"ı düşündürəməyə vadar edir. Lavın taleyinə yaxın günlərdə aydınlıq gələcək. Qeyd edək ki, Vaqner Lav bu ilin əvvəlində "Beşiktaş"a "Alanyaspor"dan keçmişdi.

XƏBƏR LENTİ