Rəşad Sadıqov "Sportinq"ə qarşı oynamayacaq

Sayta qoyulub: 10:02 19.09.2018 (161 dəfə oxunub)

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə ilk oyun öncəsi komandanın zədəli futbolçuları ilə bağlı açıqlama verib. “Simeon Slavçevlə Dani Kintana “Sportinq”lə oyunu dəqiq buraxacaq. Ancaq Slavçev artıq fizioterapevtin nəzarəti altında qaçmağa başlayıb. Dani də bərpa prosesi keçir. Miçel isə 2 gündür komandayla məşq edir”. Baş məşqçi kapitan Rəşad Sadıqovun oynamayacağını da dilə gətirib: "Dizindən zədə alıb. Azı 4-5 gün dincəlməlidir. Amma o, bir daha müayinədən keçəcək. Görünən odur ki, qarşıdakı oyunu buraxacaq”.

XƏBƏR LENTİ