Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb

Sayta qoyulub: 07:50 19.09.2018 (122 dəfə oxunub)

"Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında het-triklərin sayına görə "Yuventus"un hücumçusu Kriştian Ronaldunu üstələyib.

Çempionlar Liqasının birinci turunda PSV-ə qarşı oyunda Kataloniyanın hücumçusu rəqibin qapısından 3 qol (32; 77; 87-ci dəqiqələr) keçirib. Matç "Barselona"nın PSV üzərində 4:0 hesablı qələbəsi ilə başa çatıb.

FİFA-nın rəsmi tvitterinin məlumatına görə, bu, argentinalı futbolçunun Çempionlar Liqasında 8-ci het-trikidir. Messi bu göstərici ilə turnir tarixində rekorda imza ataraq ən yaxşı oyunçu olub. Ronaldu həmin göstəriciyə görə ondan 1 het-trik geri qalır. 

 

 

Messi Çempionlar Liqasında het-triklərin sayına görə rekorda imza atıb

 

 

"Report" 

XƏBƏR LENTİ