"Arsenal" rəsmisi "Milan"da!

Sayta qoyulub: 14:19 18.09.2018 (191 dəfə oxunub)

"Arsenal" rəsmisi "Milan"da!

 

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Arsenal"da klubdaxili dəyişiklik reallaşıb.

London təmsilçisinin icraçı-direktoru İvan Qazidis klubdan ayrılıb. Funksioner fəaliyyətini "Milan"da davam etdirəcək. Afrika əsilli yunanıstanlı mütəxəssis "Milan"da da eyni vəzifədə çalışacaq. Onun illik maaşı 4 milyon avro olacaq.

"Arsenal" Qazidisin əvəzinə Raul Sanley və Vinay Vankateşi vəzifəyə qoyub.

XƏBƏR LENTİ