Evra "Yuventus"un futbolçusunu dəvə adlandırdı

Sayta qoyulub: 10:06 18.09.2018 (193 dəfə oxunub)

"Yuventus"un sabiq müdafiəçisi Patris Evra Turin klubunun yarımmüdafiəçisi Duqlas Kostanı tənqid edib.


Fransalı futbolçu şəxsi "İnstaqram" hesabında ötən tur "Sassuolo" ilə matçda rəqib komandanın oyunçusu Federiko Di Françeskonun üzünə tüpürən braziliyalınının hərəkətini pisləyib:


"Sən bilirsən axı, "Yuventus"un rəmzi zebradır, dəvə deyil. Öz hərəkətinə görə üzr istədin. Amma insanlar Di Françeskonun sənə nə dediyini bilmirlər".


Qeyd edək ki, Kosta matçın əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Di Françeskonun üzünə tüpürüb. 28 yaşlı futbolçu 3 dəqiqə əvvəl isə Federikoya başla zərbə vurmaq istəyib. Hər iki epizodda sarı vərəqə alan Kosta meydandan qovulub.


 

Evra "Yuventus"un futbolçusunu dəvə adlandırdı

 

 

 

 

 

qol.az

XƏBƏR LENTİ