İspaniya millisinin üzvü nə Barselona, nə də Tottenhemə keçmək istəmir

Sayta qoyulub: 08:52 17.09.2018 (250 dəfə oxunub)

Atletikonun futbolçusu Saul Barselonaya keçmək istəməməkdə israrlıdır. Katalon klubu ona olan marağını yenidən bərpa edib.

 

Ötən yay futbolçunun Tottenhemdən təklifi var idi. Londonlular ona 6 milyon avro məvacib təklif edirdilər. Lakin Saul keçmək istəməyərək Atletikoyla müqaviləni 2026-cı ilə qədər artırıb. Buna əsasən onu transfer etmək istəyən klub 150 milyon avro ödəməlidir.

 

Hazırda xavbekin Madrid klubunda məvacibi 5 milyondur.

XƏBƏR LENTİ